Gürcüstanda 11-12 yanvarda yağıntılı havalar gözlənilir
Gürcüstanda 11-12 yanvarda yağıntılı havalar gözlənilir

Gürcüstanda (əsasən ölkənin qərb hissəsində) 11-12 yanvarda yağıış, dağda qar, bəzi yerlərdə güclü, yüksək dağlıq rayonlarda duman və çovğun gözlənilir.

Məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.

Elə onların məlumatına görə, gözlənilən güclü yağıntıların dağlıq zonalarında torpaq sürüşməsinin formalaşmasına və sürüşmə prosesinin aktivləşdirilməsinə səbəb olması mümkündür.