Gürcüstanda 1053 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 2067 xəstə sağalıb

11:00, 22.03.2022

Gürcüstanda 1053 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumat  hökumətin stopcov.ge xüsusi saytında yenilənib.

Son 24 saat ərzində ölkədə 2067 nəfər sağalıb. Son bir neçə gündə 7 nəfər koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 21 614 test, o cümlədən sürətli antigen testi – 19 284, PCR testi – 2 330 test aparılıb.

Ölkədə koronavirus aşkarlanma göstəriciləri belədir: gündəlik – 4,87%, son 14 gündə – 7,19%, son yeddi gündə – 4,78%.

Gürcüstanda ümumilikdə 1 643 295 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 1 601 578 nəfər sağalıb, 16 678 nəfər isə dünyasını dəyişib.

Gündəlik 1661 peyvənd olmaqla ümumilikdə 2 844 372 peyvənd edilib.

Eyni zamanda, martın 21-nə Gürcüstanda 368 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 1225 xəstə sağalıb, 8 nəfər vəfat edib.

Oxşar