Gürcüstanda 1 120 yeni koronavirus halı aşkarlanıb, 4 905 nəfər sağalıb
Gürcüstanda 1 120 yeni koronavirus halı aşkarlanıb. Bu barədə məlumat Xəstəliklərə Nəzarət Milli Mərkəzinin saytında yerləşdirilib.
Son 24 saatda ölkədə 4 905 nəfər sağalıb. Son gündə 61 nəfər koronavirusdan dünyasını dəyişub.
Son 24 saat ərzində ölkədə 16 149 test aparılıb.
Dünən, sentyabrın 5 -də Gürcüstanda 2 210 koronavirus halı aşkarlandı, 5 587 xəstə sağaldı və 74 nəfər dünyasını dəyişdi.