Gürcüstana martın 24-25-də NATO-nun baş katibi Yens Stoltenberq gələcək.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Stoltenberq Gürcüstana sabah gələcək, ancaq rəsmi görüşlərə martın 25-də başlayacaq.
Martın 25-də NATO-nun baş katibi İqtidar Administrasiyasında Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüşəcək və birgə bəyanatlar veriləcək.
Həmçinin, Stoltenberqin prezident Salome Zurabişvili və parlamentin sədri İrakli Kobaxiedze ilə görüşü də planlaşdırılıb.
Səfər çərçivəsində, Yens Stoltenberq NATO-Gürcüstan birgə hərbi təlimlər və dəyərləndirmə mərkəzini (JTEC) ziyarət edəcək.