Gürcüstana rəsmi səfərlə Slovakiya Xarici və Avropa ilə iş naziri gələcək
Gürcüstana rəsmi səfərlə 17-18 oktyabrda Slovakiya Respublikasının Xarici və Avropa ilə iş naziri, İvan Korçok gələcək.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində İvan Korçok Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili və Parlamentin sədri, Kaxa Kuçava ilə görüş keçirəcək.
Slovakiyanın birinci diplomatı gürcü həmkarı, baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani ilə də görüşəcək.
Bununla yanaşı, Slovakiyanın xarici işlər naziri işğal xəttini ziyarət edəcək və yerində vəziyyətlə tanış olacaq.
“Qeyd olunasıdır ki, Slovakiya naziri ilə birlikdə Gürcüstana Slovakiya biznes nümayəndə heyəti səfər edəcək. Səfər çərçivəsində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Ticarət və Sənaye Palatasının iştirakı ilə ikitərəfli iş forumunun keçirilməsi planlaşdırılır.
İvan Korçok Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın birliyi uğrunda həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad edəcək və fəxri kitaba qeyd edəcək”, – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.