Gürcüstana rəsmi səfərlə Nikol Paşinyan gələcək
Gürcüstana rəsmi səfərlə bu gün Ermənistan Respublikasının baş naziri, Nikol Paşinyan gələcək.
Gürcüstan hökuməti administrasiyasında rəsmi qarşılama mərasimi keçiriləcək.
Hökumət administrasiyası mətbuat xidmətinin məlumatına görə, erməni həmkarına Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili ev sahibliyi edəcək. İki ölkənin baş nairlərinin təkbətək və genişləndirilmiş formatda görüşü keçiriləcək. Bundan sonra Nikol Paşinyan və İrakli Ğaribaşvili media üçün birgə bəyanatlar verəcəklər.
Gürcüstan rəsmi səfər çərçivəsində, Paşinyanın Gürcüstan prezidenti, Salome Zurabişvili ilə görüşü keçiriləcək.
Nümayəndə heyəti ilə birlikdə, Nikol Paşinyan, Qəhrəmanlar Memorialında Gürcüstan birliyi uğrunda mübarizədə həlak olan qəhrəmanların memorialını gül-çüçək dəstələri ilə bəzəyəcək.