Gürcüstana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi səfər edəcək
Gürcüstana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi, Lazar Komanesku səfər edəcək. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.
İdarənin məlumatına görə, 17-19 oktyabrda Gürcüstana səfəri çərçivəsində, Lazar Komanesku Gürcüstanın baş nazir müavini, Xarici İşlər naziri David Zalkaliani ilə görüş keçirəcək.
“Görüşdə Qara dəniz hövzəsi çərçivəsində iqtisadi əməkdaşlığın perspektivləri və bölgədəki təhlükəsizlik vəziyyəti müzakirə ediləcək.
Bununla yanaşı, səfər çərçivəsində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, Gürcüstan Parlamentində Mədəniyyət Komitəsinin sədri, Eliso Bolkvadze ilə görüş keçirəcək. Xatırladaq ki, 1 iyul 2021-ci ildən 31 dekabr 2021-ci ilə qədər Gürcüstan QDİƏT-in sədr ölkəsidir”, – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.