Gürcüstana narkotikləri gətirmək ittihamı ilə saxlanılan Britaniya vətəndaşı iddia sövdələşməsi ilə azadlığa buraxılıb
Gürcüstana narkotikləri gətirmək işi üzrə saxlanılan Britaniya vətəndaşı Bela Mei Kali iddia sövdələşməsi əsasında azadlığa buraxılıb.
Qeyd olunan qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Qiorqi Qelaşvili verib.
Təqsirləndirilən Bela Mei Kali cinayəti etiraf edib.
Bela Mei Kaliyə əlavə cəza olaraq 500 000 lari məbləğində cərimə kəsilib.
Hamilə olan Kaliyi 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyirdi.