Gürcüstana qayıdan miqrantlara kənd təsərrüfatı texnikası verildi
Gürcüstana qayıdan miqrantlara kənd təsərrüfatı texnikası verildi

Emiqrasiyadan qayıdan Gürcüstan vətəndaşlarına kənd təsərrüfatı fəaliyyətlərinə imkanların yaradılması məqsədilə, mini-traktorlar verildi.

Qaçqınlar, ekomiqrantlar və yaşayış mənbələri ilə təmin etmə agentliyinin direktoru, Besarion Simonişvilinin bəyanatına görə, miqrantlar öz fəaliyyətlərinə başlamaq və ya genişləndirmək üçün lazım olan texnikanı özləri seçdilər.

“Dövlət proqramının əsas məqsədi mühacirətdən qayıdan vətəndaşların reinteqrasiyasına kömək etmək və onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. Onların gəlir mənbəyinin olması və bir daha ölkəni tərk etməməsi əhəmiyyətlidir”, – Besarion Simonişvili bəyan etdi.

Reinteqrasiya proqramı çərçivəsində, son iki il ərzində, artıq 400-ə qədər mühacir maliyyələşdirildi.

Qaçqınlar, ekomiqrantlar və yaşayış mənbələri ilə təmin etmə agentliyi yayır.