Gürcüstana dövlət səfəri ilə Azərbaycan Prezidenti İlham Əliyev səfər edəcək

10:23, 06.04.2026

Gürcüstana bu gün dövlət səfəri ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı ilə birlikdə səfər edəcək. Bu barədə məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Onların bildirdiyinə görə, dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin Gürcüstan Prezidenti Mixeil Kavelashvili və Baş nazir İrakli Kobaxidze ilə görüşləri keçiriləcək.

Gürcüstan Prezidentinin sarayında Azərbaycan Respublikasının Prezidentinin rəsmi qarşılanma mərasimi keçiriləcək, bundan sonra Mixeil Kavelashvili və İlham Əliyev arasında təkbətək görüş planlaşdırılır.

Azərbaycan Respublikasının Prezidentini hökumət administrasiyasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze qəbul edəcək. İrakli Kobaxidze və İlham Əliyev arasında görüşlər həm təkbətək, həm də geniş tərkibdə keçiriləcək, bundan sonra liderlər media üçün birgə bəyanatlar verəcəklər.

Gürcüstana dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəhrəmanlar meydanında memorialı əklillə yad edəcək, həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edəcək.

Azərbaycan Respublikasının Prezidenti Gürcüstana nümayəndə heyəti ilə birlikdə səfər edəcək. Nümayəndə heyətinə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev daxildir.

Oxşar