Gürcüstana Aİ-yə üzvlük ərizəsi ilə bağlı anket təqdim edilib

14:38, 11.04.2022

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhei Gürcüstanın xarici işlər naziri İlia Darçiaşviliyə Aİ-yə üzvlük ərizəsi ilə bağlı sorğu anketi verib.

Anketin təhvil-təslim mərasimi Lüksemburqda keçirilib.

Anket Gürcüstanla birlikdə Moldovaya təhvil verilib.

Xatırladaq ki, bu il martın 2-də “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze “Gürcü arzusu” siyasi komandasının dərhal Aİ-yə namizəd statusu almaq üçün müraciət etmək barədə qərar qəbul etdiyini bildirmişdi. Martın 3-də baş nazir İrakli Ğaribaşvili Gürcüstanın Aİ-yə üzvlük ərizəsini imzalayıb.

Oxşar