Gürcüstan yığması yoldaşlıq oyununda Farer adalarını məğlub etdi#1TVSPORT
Gürcüstan yığması yoldaşlıq oyununda Farer adalarını məğlub etdi#1TVSPORT

 

Gürcüstan yığması iyunun yığma toplanışında ilk görüşünü Farer adalarının milli komandası ilə keçirdi və rəqibini 1:0 məğlub etdi.

Faktlar

Gürcüstan yığması üçün bu Farer adaları ilə keçirilən üçüncü oyun idi – komandamız hər üçündə qələbə qazandı.
Farer adalarının yığmasının qapısına vurulan 10-cu qol Luka Loçoşvilinin hesabındadır.
Qapıçı Qiorqi Loria Gürcüstan yığmasında 79-cu oyununu keçirdi. O, bu qarşılaşma ilə yığma karyerasını başa vurdu.
Farer adalarının yığması ilə oyunda gənclər: Nika Qaqnidzə, Saba Xarebaşvili və Davit Kereselidze Gürcüstan yığmasında debüt etdilər.
Bu “Dinamo Arena”da Gürcüstan yığmasının 80-ci matçı oldu.