Gürcüstan yığması birinci hissədən sonra Farer adalarını məğlub edir #1TVSPORT
Tbilisidə “Dinamo Arena”da Gürcüstan yığması ilə Farer adalarının milli komandasının yoldaşlıq oyunu keçirilir.
Gürcüstan birinci hissədən sonra 1:0 hesabı ilə qalib gəlir. Matçın 9-cu dəqiqəsində Luka Loçoşvili baş zərbəsi ilə Farer adalarının yığmasının qapısından qol keçirdi. Bu, gürcü müdafiəçinin yığma karyerasında ikinci qoludur, o, Qiorqi Quliaşvilinin ötürməsindən istifadə etdi.
Bu qarşılaşma Qiorqi Loria üçün Gürcüstan yığmasında son oyundur, o, 17 illik yığma karyerasını başa vurur və oyun başlamazdan əvvəl xatirə forması da alıb.
Gürcüstan yığması iyunun yoldaşlıq oyunlarını bir neçə lider olmadan keçirir. Vili Saniolinin komandası ikinci oyunu iyunun 8-də Kutaisidə Kabo Verdenin milli komandası ilə keçirəcək.