Gürcüstan Xarici İşlər Nazirliyinə bəyan edirlər ki, Qazaxıstandan vətəndaşlarımızın geri qaytarılması üzərində fəal işləyirlər
Gürcüstan Xarici İşlər Nazirliyinə bəyan edirlər ki, Qazaxıstandan vətəndaşlarımızın geri qaytarılması üzərində fəal işləyirlər

Gürcüstan Xarici İşlər Nazirliyinə bəyan edirlər ki, Qazaxıstandan vətəndaşlarımızın geri qaytarılması üzərində fəal işləyirlər.

“Qazaxıstanda gedən prosesləri nəzərə alaraq, Gürcüstanın Qazaxıstandakı Səfirliyi vəziyyətin mürəkkəbləşdiyi gündən ünsiyyətdə olduğu bütün Gürcüstan vətəndaşları ilə hələ də daimi əlaqə saxlayır və vaxtaşırı onların vəziyyətini yoxlayır. Qazaxıstandan vətəndaşlarımızın geri qaytarılması üzərində fəal işlər aparılır.

Gürcüstanın Qazaxıstandakı səfirliyi adi rejimdə işini davam etdirir, qaynar xətt fəaliyyətə başlayıb və Gürcüstan vətəndaşları +7 (717) 224-32-58 nömrəsinə zəng edə bilərlər.

Bununla yanaşı, Qazaxıstanda internet və telefon əlaqəsinin kəsilməsi ilə əlaqədar, vətəndaşlar qaynar xəttə qoşula bilməsələr , [email protected] elektron poçt ünvanına mesaj göndərə bilərlər”, – Gürcüstan Xarici İşlər Nazirliyində bəyan edirlər.