Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya tərəfindən Suxumi Hava Limanının qeyri-qanuni fəaliyyətə başladılması və işğal olunmuş Abxaziya bölgəsində hava hərəkətinin başladılması ilə bağlı narahatlığını ifadə edir
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya tərəfindən Suxumi Hava Limanının qeyri-qanuni fəaliyyətə başladılması və işğal olunmuş Abxaziya bölgəsində hava hərəkətinin başladılması ilə bağlı narahatlığını ifadə edir

 

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya tərəfindən Suxumi Hava Limanının qeyri-qanuni fəaliyyətə başladılması və işğal olunmuş Abxaziyada hava hərəkətinin başladılması ilə bağlı narahatlığını ifadə edir. Bu barədə qurumun bəyanatında deyilir.

Bəyanatda qeyd olunduğu kimi, Rusiyaya məxsus aviaşirkət tərəfindən 2025-ci ilin mayın 1-də işğal olunmuş Abxaziya bölgəsinə aviareysin qanunsuz yerinə yetirilməsi, eləcə də işğalçı rejimlə Suxumi Hava Limanının Rusiyaya verilməsi və istismarı ilə bağlı bağlanmış dırnaqarası razılaşma Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün, işğal olunmuş ərazilər haqqında Gürcüstan qanununun, beynəlxalq hüququn fundamental prinsipləri və normalarının, o cümlədən BMT Nizamnaməsinin və həm Gürcüstan, həm də Rusiya Federasiyasının üzv olduğu Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Konvensiyasının kobud şəkildə pozulması deməkdir.

“Həmçinin, cari ilin mayın 1-də Rusiyadan işğal olunmuş Abxaziyaya dəmir yolu əlaqəsinin həyata keçirilməsi narahatlıq doğurur. Xarici İşlər Nazirliyi müvafiq beynəlxalq mexanizmlərin işə salınmasını davam etdirir və beynəlxalq ictimaiyyəti Rusiya tərəfindən Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətləri müvafiq şəkildə qiymətləndirməyə və müvafiq reaksiya verməyə çağırır. Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatının Konvensiyası və Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış 2008-ci ilin 12 avqust tarixli atəşkəs razılaşmasına uyğun yerinə yetirməyə çağırır” – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.