Gürcüstan Xarici İşlər Nazirliyi Lvovda əlavə konsulluq məntəqəsi açıb
Ukraynadakı müharibə vəziyyəti ilə əlaqədar olaraq, vətəndaşların yerdəyişməsini və cəmləşməsini nəzərə alaraq, Xarici İşlər Nazirliyi vətəndaşlara kömək məqsədilə Lvovda əlavə konsulluq idarəsinin yaradılması barədə qərar qəbul edib. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Pasportunuz yoxdursa, konsulluq xidməti “qayıtmaq şəhadətnaməsi” verəcək və bu, vətəndaşın vətəninə qayıtmasına imkan verəcək.
Əgər geri qaytarma sənədini almaq istəyirsinizsə və ya hər hansı digər sualınız varsa, Lvov Konsulluğu ilə günün 24 saatı mövcud olan qaynar xətt nömrələri ilə əlaqə saxlayın: +380 (63) 376 77 68; +380 (63) 376 73 64”, – deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.