Gürcüstan Xarici İşlər Nazirliyi bildirir ki, Ukraynada həlak olan iki Gürcüstan vətəndaşının təhvil verilməsini dövlət təmin edəcək
Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynada iki gürcü döyüşçünün həlak olduğunu rəsmən təsdiqləyib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, dövlət Ukraynada vəfat etmiş Gürcüstan vətəndaşları Qia Beriaşvili və Davit Ratianinin repatriasiyasını təmin edəcək.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Gürcüstan səfirliyi müvafiq prosedurlara başlayıb.