Gürcüstan Xarici İşlər Nazirliyi – Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dronlarla həyata keçirilmiş hücumu qınayır, nəticədə bir neçə vətəndaş yaralanıb
Gürcüstan Xarici İşlər Nazirliyi – Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dronlarla həyata keçirilmiş hücumu qınayır, nəticədə bir neçə vətəndaş yaralanıb

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dronlarla həyata keçirilmiş hücumu qətiyyətlə pisləyir, nəticədə bir neçə vətəndaş yaralanıb.

Nazirliyin məlumatında bildirilir ki, beynəlxalq hüququn prinsiplərini və normalarını kobud şəkildə pozan, regionda gərginliyi artırmağa yönəlmiş hər hansı hərəkət qəbuledilməzdir.

“Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud olan möhkəm dostluq və strateji tərəfdaşlıq nəzərə alınmaqla, Gürcüstan bu çətin vəziyyətdə qardaş Azərbaycanla həmrəydir,” – deyə bəyanatda qeyd olunub.

Məlumat üçün, bu gün mediada yayılan xəbərlərdə bildirilir ki, Naxçıvan şəhərindəki aeroport ərazisində İran dronu partlayıb, yerli medianın məlumatına görə, başqa bir dron Şəkarabad kəndi üzərində uçub.

Sonradan İran Silahlı Qüvvələrinin Baş Qərargahı da bəyanat yayıb və İranın Azərbaycan üzərində dron hücumu etmədiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev isə Naxçıvan Muxtar Respublikasının ərazisində dronla hücumu Azərbaycan əleyhinə əsassız terror aktı və təcavüz adlandırıb və qeyd edib ki, “terror aktında günahkarlar cəzalandırılmalıdır.”