Gürcüstan Xarici İşlər Nazirliyi — Andrey Sybiga ilə görüşdə Gürcüstan tərəfi son illərdə Ukrayna hakimiyyətinin atdığı addımlara və münasibətlərin normallaşmasına mane olan mövqelərə diqqət çəkib.
Gürcüstan Xarici İşlər Nazirliyi Maka Bochorishvili ilə Andrii Sybiha arasında keçirilən görüşlə bağlı rəsmi məlumat yayıb.
Qurumun açıqlamasına görə, görüş 2026-cı il 15 may tarixində Kişinyovda keçirilən Avropa Şurası Nazirlər Komitəsinin 135-ci Sessiyası çərçivəsində baş tutub.
Bildirilib ki, görüş son dövrlərdə Ukrayna və Gürcüstan hökumət nümayəndələri arasında aparılan kommunikasiya prosesinin davamı olub. Müzakirələr zamanı Gürcüstanın Ukraynaya göstərdiyi ardıcıl siyasi və humanitar dəstək vurğulanıb.
Eyni zamanda Gürcüstan tərəfi iki ölkə münasibətlərində mövcud problemlərə, Ukrayna hakimiyyətinin son illərdə atdığı addımlara və ölkələr arasında münasibətlərin normallaşmasına mane olan mövqelərə diqqət çəkib.
Tərəflər diplomatik münasibətlərin yaxşılaşdırılmasının vacibliyini və dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, Andrii Sybiha sosial şəbəkədə yazıb ki, görüşdə geniş ikitərəfli gündəm müzakirə olunub və Ukrayna–Gürcüstan dialoqunun şəffaf, praqmatik və konstruktiv şəkildə inkişaf etdirilməsi davam etdiriləcək.