Gürcüstan vətəndaşları üçün xüsusi reys bu gün Səudiyyə Ərəbistanından həyata keçiriləcək
Yaxın Şərq bölgəsində mövcud vəziyyətdən irəli gələrək, bir sıra ölkələrin hava məkanının bağlanmasına görə yaranmış səyahət ləngimələrini nəzərə alaraq, müvafiq aviaşirkətlər tərəfindən geri qayıtması vaxtında təmin edilə bilməyən Gürcüstan vətəndaşları üçün Gürcüstan hökumətinin qərarı ilə xüsusi reyslər həyata keçiriləcək – bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, Ər-Riyad (Səudiyyə Ərəbistanı) – Tbilisi (Gürcüstan) reysi bu gün yerli vaxtla saat 19:00-da həyata keçiriləcək.
“Gürcüstana səyahət etmək istəyən Gürcüstan vətəndaşları müvafiq Gürcüstan səfirliklərinə müraciət edə bilərlər: Birləşmiş Ərəb Əmirliklərindəki Gürcüstan səfirliyi (Əbu-Dabi): qaynar xətt (24/7): +971 54 2324 335; Telefon: +971 2 553 36 83; E-poçt: [email protected]
Qətər Dövlətindəki Gürcüstan səfirliyi (Doha): qaynar xətt (24/7): +974 52 098 071; Telefon: +974 44 739 499; E-poçt: [email protected]” – Gürcüstanın Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.