Gürcüstan vətəndaşları çarter aviareysi ilə Larnakadan qayıtdılar
Gürcüstan vətəndaşları çarter aviareysi ilə Larnakadan qayıtdılar

İdarələrarası koordinasiya şurası tərəfindən müəyyən edilmiş aviareyslər çərçivəsində, Gürcüstan vətəndaşlarının vətənə qaytarılması üçün bu gün Larnaka-Tbilisi istiqaməti ilə çarter aviareysi həyata keçirildi.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, sərnişinlər arasında azyaşlı və xüsusi ehtiyyacı olan vətəndaşlar var idi. Bir nəfəri sağlamlığının ağır vəziyyəti ilə, Tbilisi Aeroportunda reanomobil qarşıladı ki, onu müvafiq tibb müəssisəsinə yerləşdirsinlər.

Nazirliyin məlumatına görə, koordinasiya Şurası ilə müəyyən edilmiş aviareyslər çərçivəsində, vətənə artıq Avropanın müxtəlif şəhərlərindən reyslər yerinə yetirildi. O cümlədən Varşava, Berlin, Vyana, London, Afina, Larnaka, Amsterdam, Pekin, Roma, Paris, Barselona, Madrid, Praqa, Tel-Aviv və ABŞ-dan.

18 may göstəriciləri ilə, Gürcüstan diplomatik nümayindəlikləri yerində 20 880 vətəndaşa yardım göstərdilər, vətənə isə – 11 880 vətəndaş qaytarıldı. Gürcüstan Xarici İşlər Nazirliyinin veb səhifəsində, “COVID-19″ virusunun yayılması şəraitində xaricdə olan Gürcüstan vətəndaşlarına yardım barəsində məlumat hər gün yeniləşdirilir.

Yaxın gələcəkdə, koordinasiya şurası tərəfindən müəyyən edilmiş aviareyslər çərçivəsində qarşıdakı uçuşlar planlaşdırılıb: 20 may Afina-Tbilisi, 22 may Roma-Tbilisi.