Gürcüstan vətəndaşları Ərəb Əmirliklərinə vizasız gediş-gəlişdən istifadə edəcəklər
Gürcüstan vətəndaşları Ərəb Əmirliklərinə vizasız gediş-gəlişdən istifadə edəcəklər

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, 14 iyundan Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında vizasız rejim  qüvvəyə mindi.

İdarənin məlumatına görə, razılaşmaya əsasən, iki ölkənin ümumvətəndaş pasportuna malik olan şəxslər vizasız, tranzitsiz daxil ola və qarşı tərəfin dövlətinin ərazisinə giriş tarixindən 90 (doxsan) gündən çox olmamaq şərti ilə gedə biləcəklər.

“Dəyişikliklər Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının gediş-gəlişini asanlaşdıracaq 2017-ci ildə diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslər üçün vizasız səyahət haqqında Gürcüstan Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Anlaşma Memorandumunu genişləndirir”, – məlumatda deyilir.

 

Şərh yaz