Gürcüstan Venesuelanın müxalifət liderini müvəqqəti prezident olaraq, elan etdi
Gürcüstan Venesuelanın müxalifət liderini ölkənin müvəqqəti prezident olaraq, elan etdi.
Bu bəyanatı Gücüstanın Xarici İşlər Naziri David Zalkaniani Twitter səhifəsində verib.
“Gürcüstan Xuan Quaidoyu Venesuelanın müvəqqəti prezidenti olaraq elan edir və Venesuela xalqının demokratiya və azadlıq üçün mübarizəsi ilə bağlı partnyor ölkələrin bəyanatlarını salamlayır” – yazır David Zalkaniani.
Xatırladaq ki, Xuan Quaidoyu bu vaxt üçün Venesuelanın müvəqqəti prezidenti olaraq, ABŞ, Kanada, Braziliya, Argentina, Kolumbiya, Peru, Paraqvay, Ekvador, Kosta Rika, Qvatemala və Amerika Dövlətlər Təşkilatı elan etdilər.