David Zalkaniani - İspaniya tərəfi vizaliberalizasiya məsələsi ilə bağlı Gürcüstana qarşı hərhansı irad bildirməyib
Biz vizaliberalizasiya kimi nailiyyətimizi qorumağa çalışırıq və Avropa İttifaqının bütün ölkələri ilə bu istiqamətdə əməkdaşlıq edirik.
Bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani, İspaniya Krallığına səfəri çərçivəsində, ölkənin Daxili İşlər Naziri ilə görüşdən sonra verdi.
Zalkanianinin dediyinə görə, İspaniya tərəfi vizaliberalizasiya ilə bağlı Gürcüstana qarşı hərhansı pretenziya və irad bildirməyib və hətta onlar tərəfindən Gürcüstanın üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsi müsbət dəyərləndirildi.
Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı söhbət Gürcüstan-İspaniyanın hüquqi əməkdaşlığına toxundu və bu sahəyəyə də İspaniya tərəfindən müsbət dəyərləndirilmə verildi.