Gürcüstan və Yunanıstan arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında razılaşma qüvvəyə minib
Gürcüstan hökuməti və Yunanıstan Respublikası hökuməti arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında razılaşma cari ilin iyunun 21-dən qüvvəyə minib. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
Razılaşma qüvvəyə mindiyi andan, tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş etibarlı sürücülük vəsiqəsinin sahibləri, nəzəri və ya praktiki imtahan vermədən, onların qanuni yaşayış yeri olan dövlətdə bərabər qüvvəyə malik sürücülük vəsiqəsini ala biləcəklər.
Razılaşma ilə müəyyən edilib ki, sənəd qüvvəyə mindikdən sonra nəzəri və praktiki imtahanlar vermədən, sürücülük vəsiqəsinin „AM“, „A“,„A1“, „A2“, „B“, „B1“, „C“, „D“, „C1“, „D1“, „BE“, „CE“, „DE“,„C1E“, „D1E“ kateqoriyaları/alt kateqoriyaları dəyişdiriləcək.
Gürcüstan hökuməti və Yunanıstan Respublikası hökuməti arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında razılaşma 2024-cü ilin iyunun 26-da Yunanıstan Respublikasında Afinada imzalanıb.
Gürcüstan bu tip razılaşmanı həmçinin İspaniya Krallığı və İrlandiya ilə də bağlayıb və gürcü sürücülük vəsiqələrinin dəyişdirilməsi artıq mümkündür.