Gürcüstan və Türkiyənin daxili işlər nazirliklərinin Polis Akademiyaları arasında Anlaşma Memorandumu imzalanıb

17:44, 01.09.2026

 

Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçinin Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik və Polis Akademiyası ilə Türkiyə Milli Polis Akademiyası arasında təhsil və akademik sahələrdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Sənədə akademiyaların rəhbərləri Qiorqi Saxokia və Murat Balci imza atıblar.

“Memorandumun məqsədi tədris, təhsil və elmi sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək və təcrübə mübadiləsi aparmaqdır.
Qeyd olunan saziş polis təhsili sahəsində Gürcüstan və Türkiyə Respublikasının daxili işlər nazirlikləri arasında əməkdaşlığın dərinləşməsinə dəstək verəcək” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Oxşar