Gürcüstan və Türkiyə baş nazirləri arasında telefon söhbəti baş tutdu
Gürcüstanın baş naziri Mamuka Baxtadze və Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım arasında telefon söhbəti baş tutdu.
Hökumət administrasiyasının məlumatına görə, Mamuka Baxtadze türk həmkarını seçkilərin uğurlu keçməsini təbrik etdi və qeyd etdi ki, Türkiyə Gürcüstanın önəmli partnyorudur.
Söhbət bölgə layihələrinə və ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə aid oldu.
Türkiyə Respublikasının baş naziri Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə və Avroatlantik strukturlarına inteqrasiyasına dəstəyini təsdiq etdi.
Tərəflər strateji partnyorluğun dərinləşdirilməsi və çoxtərəfli formatlarda uğurlu əməkdaşlığın davam etdirilməsi ümüdlərini ifadə etdilər.