Gürcüstan və Slovakiya prezidentləri "Azadlıq Qapısı" abidəsinə əklil qoyublar
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili və Slovakiya Prezidenti Peter Peleqrini 1945-1989-cu illərdə kommunist Çexoslovakiyadan qaçmağa cəhd edərkən həlak olanların xatirəsini yad edib və “Azadlıq Qapısı” abidəsinə əklil qoyublar.
Abidə 2005-ci ildə Devində açılıb. O, azadlıq və qələbənin simvoludur.
Mixeil Ğavelaşvili Devində Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Gürcüstanın xarici işlər nazirinin müavini Qiorqi Zurabaşvili, Gürcüstanın Slovakiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Konstantine Kvaçakidze və Gürcüstan Prezident Administrasiyasının nümayəndələrinin daxil olduğu Gürcüstan nümayəndə heyəti ilə birlikdə olub.