Gürcüstan və Şimali Makedoniya əməkdaşlığı intensivləşdirməyə, ortaq Avropa məqsədinə yaxınlaşmağa razılaşdılar

15:12, 20.05.2022

Avropa Şurası Nazirlər Şurasının iclası çərçivəsində Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buiar Osman ilə görüşüb.

Nazirlər iki ölkə arasında əlaqələrin dinamikasını, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə töhfə verdiyini, yüksək səviyyəli görüşləri və səfərləri məmnunluqla qeyd ediblər. Bununla bağlı nazirlər Gürcüstan prezidentinin Şimali Makedoniyaya səfərini alqışlayıblar.

Görüşdə nazirlər ölkələrin Avropa və Avro-Atlantik inteqrasiya proseslərinə dair məlumat mübadiləsi aparıblar. Bu sahədə ikitərəfli qaydada təcrübə mübadiləsi və daha da sıx əlaqələndirmə hazırlığı qeyd edilib.

Şimali Makedoniyanın xarici işlər naziri Gürcüstanın NATO və Avropa İttifaqına üzvlüyünə güclü dəstəyini bir daha bəyan edib.

O, regional təhlükəsizlik məsələləri və çağırışlardan danışaraq, 2023-cü ildə Şimali Makedoniyada keçirilməsi planlaşdırılan ATƏT-ə sədrliyin əhəmiyyətini vurğulayaraq, Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalının gündəmdə prioritet olacağını qeyd edib. Bu baxımdan Şimali Makedoniyanın ölkənin suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyi bir daha vurğulanıb.

Görüşdə nazirlər ticarət-iqtisadiyyat, insanlar arası təmaslar kimi əlaqələrin perspektiv sahələrinə diqqət yetiriblər və ikitərəfli səfərlərin həyata keçirilməsi və sektorlararası əlaqələrin intensivləşdirilməsinə yardım etmək barədə razılığa gəliblər.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Oxşar