Gürcüstan və Serbiya arasında vizasız gediş-gəliş rejimi yaxın günlərdə işə düşəcək
Gürcüstan və Serbiya arasında vizasız gediş-gəliş rejimi yaxın günlərdə işə düşəcək

Gürcüstan və Serbiya arasında vizasız gediş-gəliş rejimi yaxın günlərdə, müvafik ratifikasiya prosedurların başa çatmasına qədər işə düşəcək. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, qeyd olunan qərar haqqında Serbiya Xarici İşlər naziri gürcü həmkarı ilə görüşün başa çatmasından sonra keçirilən mətbuat konfransında bildirdi. Onun dediyinə görə, hökumət müvafiq sərəncamı yaxın iclasda dərc etdirəcək.

Gürcüstan və Serbiya arasında vizasız gediş-gəliş rejimi barəsində razılıq Belqradda, Gürcüstan Xarici İşlər nazirinin səfəri zamanı imzalandı. Razılığı Mixeil Canelidze və onun Serbiyalı həmkarı, İvitsa Daçiç imzaladılar.

Nazirlərin qeyd etdiyinə görə, bu iki ölkə əlaqələrində önəmli qərardır.

 

Nazirlər həmçinin qərar səsləndirdilər ki, Tbilisi və Belqradda diplomatik nümayəndəlik təyin ediləcək və bu tamhüquqlu diplomatik nümayəndəliyin açılışına qədər ikitərəfli əlaqələrin dərinləşdirilməsinə xidmət edəcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Serbiya və Gürcüstanın ənənəvi dost əlaqələri bir daha təsdiq olundu. Serbiya Xarici İşlər nazir Serbiya tərəfindən Gürcüstanın ərazi bütövlüyü və suverenitetinə qarşı dəstəyini bir daha təsdiqlədi. Gürcüstan Xarici İşlər naziri öz növbəsində Serbiyaya dəstəyinə görə minnətdarlığını bildirdi və Serbiya ərazi bütövlüyü və suverenitetinə qarşı Gürcüstanın dəstəyini bir daha təsdiqlədi.

nazirlər iki tərəfli əlaqələrin inkişafında yüksək səviyyəli səfərlər və görüşlərin əhəmiyyətinə xüsusi diqqət yetirdilər.