Gürcüstan və Qazaxıstanın aviasiya hakimiyyətləri arasında hava hərəkəti üzrə qarşılıqlı anlaşma memorandumu imzalanıb
Gürcüstan və Qazaxıstanın aviasiya hakimiyyətləri arasında hava hərəkəti üzrə qarşılıqlı anlaşma memorandumu imzalanıb

 
Malayziyanın Kuala-Lumpur şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) himayəsi altında beynəlxalq danışıqlar – ICAN2024 davam edir. Tədbir çərçivəsində Gürcüstan və Qazaxıstanın aviasiya hakimiyyətləri arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Tərəflərin imzaladığı memoranduma müvafiq olaraq, gürcü aviaşirkətləri Qazaxıstanın əlavə 12 şəhəri istiqamətində birbaşa müntəzəm hava hərəkəti həyata keçirmək imkanı əldə edəcəklər. Memorandumla nəzərdə tutulan əlavə təyinat məntəqələri Şimkent, Aktobe, Ğarağanda, Kostanay, Tarazi, Semey və digər böyük şəhərlərdir. Qeyd edilməlidir ki, bu günədək Gürcüstan tərəfindən təyin olunmuş aviaşirkətlər üçün yalnız Astana, Almatı və Aktau istiqamətlərində müntəzəm uçuşlara icazə verilirdi.

Mülki Aviasiya Agentliyinin rəhbəri Qivi Davitaşvilinin bəyanatına əsasən, əldə olunmuş razılaşma gürcü aviaşirkətlərinin Qazaxıstanın aviasiya bazarına çıxışını yaxşılaşdıracaq və iki ölkə arasında aviasiya hərəkətinin sonrakı artımına kömək edəcək.

Hazırda “Air Astana”, “FlyArystan” və “SCAT” aviaşirkətləri Gürcüstan və Qazaxıstan şəhərləri arasında hava hərəkətini yerinə yetirirlər.

Məlumatı Mülki Aviasiya Agentliyi yayır.