Gürcüstan və Qazaxıstan arasında 2026–2027-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb
Gürcüstan və Qazaxıstan arasında 2026–2027-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb

 

Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev ilə görüşüb.

Gürcüstanın Xarici İşlər Nazirliyi görüşdə tərəflərin ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə etmələri haqda məlumat verir. Ölkələr arasında münasibətlərin dərinləşməsi və yüksək səviyyəli səfərlərin edilməsinin əhəmiyyətinə toxunulub.

“İki ölkə arasında ticarət və iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi diqqət ayrılıb. Tərəflər “Orta Dəhliz”in inkişafı prosesində Gürcüstan və Qazaxıstanın əməkdaşlığını vurğulayıblar.

Görüşün sonunda xarici işlər nazirləri Gürcüstan və Qazaxıstan Respublikasının xarici işlər nazirlikləri arasında 2026-2027-ci illər üzrə Əməkdaşlıq Proqramını imzalayıblar.

Rəsmi səfər çərçivəsində Qazaxıstanın xarici işlər naziri Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili və baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirəcək” – Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.