Gürcüstan və Ermənistan yığmalarının matçının bütün biletləri satılıb #1TVSPORT
Gürcüstan və Ermənistan yığmalarının matçının bütün biletləri satılıb #1TVSPORT

 
UEFA Millətlər Liqasının pley-off mərhələsində Gürcüstan və Ermənistan yığmalarının qarşılaşmasının bütün biletləri satılıb – məlumatı milli komandanın rəsmi səhifəsi yayır.

UEFA Millətlər Liqasının pley-off mərhələsində Gürcüstan və Ermənistan yığmaları arasında ilk matç martın 20-də Yerevanda keçiriləcək, martın 23-də isə Gürcüstan yığması rəqibini “Dinamo Arena”da qəbul edəcək.

“Dinamo Arena”da keçiriləcək matçın biletlərinin satışına fevralın 27-də saat 12:00-da başlanılıb, martın 20-də Yerevanda keçiriləcək qarşılaşmada gürcü azarkeşlər üçün nəzərdə tutulan biletlərin satışına isə sabah, fevralın 28-i saat 12:00-da başlanılacaq.