Gürcüstan və Ermənistan prezidentləri arasında genişləndirilmiş formatda görüş keçirilib
Gürcüstan və Ermənistan prezidentləri arasında genişləndirilmiş formatda görüş keçirilib

 

Gürcüstan və Ermənistan prezidentləri arasında genişləndirilmiş formatda görüş keçirilib.

Görüşdə siyasi, iqtisadi, mədəni-təhsil, möhkəm dostluq münasibətləri və tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərinə toxunulub.

Ermənistanla ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, bununla yanaşı, ikitərəfli və regional əməkdaşlığın və siyasi, iqtisadi və mədəni istiqamətlərdə inteqrasiya prosesinin dərinləşdirilməsinə hazırlıq ifadə olunub.

Görüşdə qonaqlar tərəfindən Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan, iqtisadiyyat naziri Qevorq Papoyan, Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Sumbatyan, Ermənistan Prezidentinin Ofisinin rəhbəri Xaçatur Poğosyan, Milli Assambleyanın üzvü Şirak Torosyan, Gürcüstan tərəfdən isə Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Ermənistan Parlament Dostluq Qrupunun rəhbəri Qiorqi Volski, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, xarici işlər nazirinin müavini Qiorqi Zurabaşvili, Gürcüstan Prezident Administrasiyasının rəhbəri Ketevan Kvinikadze və Gürcüstanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qiorqi Şarvaşidze iştirak edirdilər.