Gürcüstan və Çinin təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında saziş bağlanıb

11:31, 14.11.2026

 

Gürcüstan və Çin Respublikasının təhsil nazirlikləri arasında təhsil sahəsində ölkələr arasındakı tərəfdaşlığı yeni mərhələyə çıxaracaq əməkdaşlıq haqqında saziş bağlanıb.

Sənədi Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze və Çin Xalq Respublikasının təhsil naziri Huay Dzinpen imzalayıblar.

Nazirin bəyanatına əsasən, təhsil sisteminin bütün pillələrini əhatə edən bu saziş yeni əməkdaşlıq istiqamətlərinin inkişafı üçün möhkəm zəmin yaradacaq, iki ölkə arasında təhsil əlaqələrinin güclənməsinə, təcrübə mübadiləsinə, akademik və institusional əməkdaşlığın genişlənməsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə kömək edəcək.

Tərəflər arasında saziş Pekin şəhərində 2026-cı ilin Dünya Çin Dili Konfransı çərçivəsində bağlanıb.

Məlumatı Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyi yayır.

Oxşar