Gürcüstan və "Barselona"nın əfsanələrinin matçı Birinci Kanalda - Rəqib Çempionlar kuboku ilə bizi ziyarət etdi #1TVSPORT
Gürcüstan və "Barselona"nın əfsanələrinin matçı Birinci Kanalda - Rəqib Çempionlar kuboku ilə bizi ziyarət etdi #1TVSPORT

 

“Əfsanələr seriyası”nın növbəti matçına Tbilisi ev sahibliyi edəcək – Gürcüstanın veteran futbolçulardan ibarət yığması “Dinamo Arena”da “Barselona”nın əfsanələri ilə üz-üzə gələcək. Qarşılaşma mayın 16-da saat 19:00-da başlayacaq və birbaşa reportajı Gürcüstanın Birinci Kanalı və Birinci Kanal İdman sizə təqdim edəcək.

Çempionlar Liqasının kuboku Tbilisidə

“Barselona”nın əfsanələri Gürcüstanın paytaxtına Çempionlar Liqasının əsas rəmzini – Çempionlar Liqasının kubokunu gətirəcəklər – məlumatı matçın təşkilatçısı “Sports Orient” yayır.

“Dinamo Arena”ya gedən azarkeşlər, fan-zonada kuboku görmək və onunla xatirə şəkilləri çəkmək imkanı əldə edəcəklər.

Tərkiblər

Matçdan bir gün əvvəl Tbilisiyə gələn Ronaldinionun “Barselona”nın tərkibində oynaması gürcü azarkeşlər üçün xüsusilə sevindirici haldır.

GEO11

Qapıçılar: Qiorqi Lomaia, Roin Kvasxvadze;

Müdafiəçilər: Kaxa Tsxadadze, Kaxa Kaladze, Aleksandre Amisulaşvili, Zurab Xizanişvili, Davit Kvirkvelia, Qiorqi Ğuduşauri, Qiorqi Navalovski;

Yarımmüdafiəçilər: Sandro Kobaxidze, Qiorqi Nemsadze, Levan Tskitişvili, Qoça Camarauli, Levan Ğenia, Qoqita Qoqua;

Hücumçular: Aleksandre İaşvili, Şota Arveladze, Davit Siradze, Qiorqi Demetradze;

Məşqçi: Temur Ketsbaia.

“Barselona”

Qapıçılar: Xesus Anqoi, Xordi Masip;

Müdafiəçilər: Oleqer Presas, Serxi Barxuan, Xuan Pablo Sorin, Kristanval, Frederik Deo, Maksvell, Fernando Navarro;

Yarımmüdafiəçilər: Filip Koku, Jerar Lopes, İar Litmanen, Edqar Davids, Xose Edmilson, Qaiska Mendieta;

Hücumçular: Lüdovik Jiul, Xavier Saviola, Ronaldinio;

Məşqçi: Albert Ferer.