Gürcüstan və Avropa Azad Ticarət Asosiyasıyası arasındaki azad ticarət haqqında razılaşma bugündən qüvvəyə mindi
Gürcüstan və Avropa arasında qoyulan Azad Ticarət haqqında razılaşma, Azad Ticarət Asosiyasının (EFTA) üzvü olan ölkələr arasında bugündən qüvvəyə minəcək.
Gürcüstanın İqtisadiyyat və Stabil İnkişaf Nazirliyinin məlumatına görə, qeyd olunan anlaşma Gürcüstanda istehsal edilən məhsulun və servislərin böyük hissəsini tarif baryeri olmadan 14 milyonluq böyük Avropa bazarında təqdim etmək imkanını verir.
Razılaşma növbəti məsələləri əhatə edir: mal ticarəti, servis ticarəti, sanitar və fito-sanitar tədbirlər, ticarətdə texniki baryerlər, istehsal qaydaları, ticarət üçün əlverişli şəraitin yaradılması və müxtəlif məsələlərdə əməkdaşlıq, intelektual mülkiyyət, dövlət alışları, rəqabət, ticarətdə qoruyucu mexanizmlər və stabil inkişaf.
Gürcüstan və EFTA arasında azad ticarət haqqında razılaşma 2016-cı ilin iyunun 27-də İsveçrə Konfederasiyasının Bern şəhərində keçirilən asosiasiya ministerialı çərçivəsində qoyuldu.
“Qeyd edilməlidir ki, ilk başda, EFTA ölkələri ilə azad ticarət razılaşması haqqında danışıqların aparılması üçün dörd raund nəzərdə tutulmuşdu, ancaq tərəflər arasında efektiv əməkdaşlıq nəticəsində, qeyd olunan danışıqlar üç raundda müvəffəqiyyətlə başa çatdı.
Bu məsələ ilə bağlı detallı məlumatı İqtisadiyyat Nazirliyinin veb-səhifəsindən öyrənə bilərsiniz” – deyilir İqtisadiyyan və Stabil İnkişaf Nazirliyinin yaydığı bəyanatda.