Gürcüstan və Almaniya prezidentləri arasında telefon danışığı olub

15:38, 12.04.2022

Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub. Bu barədə prezident “Twitter” sosial şəbəkəsində yazıb.

“Gürcüstan və Almaniya diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd edərkən, mən bu gün Almaniyanın Federal Prezidenti Ştaynmayerlə Ukraynada davam edən müharibə haqqında danışdım və ona Almaniyanın Gürcüstanın Aİ-yə inteqrasiya prosesində oynadığı rola görə təşəkkür etdim.

“Biz yaxın gələcəkdə prezident Ştaynmayerlə görüş barədə razılığa gəldik”, – Salome Zurabişvili yazıb.

Oxşar