“Gürcüstan üçün” partiyasının Kobuletidə bölgə təşkilatı açıldı

19:43, 24.07.2021

“Gürcüstan üçün” partiyasının Kobuletidə bölgə təşkilatı açıldı. Acarada ikinci, ölkə miqyası ilə 11-ci ofisi partiyanın sədri, Giorgi Qaxariya, Acara bölgə təşkilatının rəhbəri, İrakli Mikeladze və partiyanın üzvləri Konstantine Ananiaşvili, Ekaterine Vepxvadze və Sava Cikdze ilə birlikdə açdı.

Giorgi Qaxariya toplaşan tərəfdarları ilə görüşdü və onları “Gürcüstan üçün” partiyasının baxışları ilə tanış etdi.

“Gürcüstan üçün” partiyasının ofisləri artıq Tbilisi, Batumi, Kobuleti, Kutaisi, Qori, Zuqdidi, Poti, Martvili, Mtsxeta, Duşeti və Tianetidə fəaliyyət göstərir. Partiyada bəyan edirlər ki, bölgə təşkilatlarınn açılmasını davam etdirirlər.

Oxşar