“Gürcüstan üçün” partiyası Şuaxevi və Xuloda ofislərini açdı
“Gürcüstan üçün” partiyası Acarada bölgə təşkilatlarının açılışını davam etdirir. Partiyanın mətbuat xidmətinin məlumatına görə, ofislər bu gün Şuaxevi və Xuloda açıldı.
Elə onların məlumatına görə, partiyanın sədri Giorgi Qaxariya Şuaxevi və Xuloda ofisləri Acara bölgə təşkilatının rəhbəri, İrakli Mikeladze və partiyanın üzvləri Konstantine Ananiaşvili, Ekaterine Vepxvadze və Sava Cikdze ilə birlikdə açdı.
“Giorgi Qaxariya toplaşan tərəfdarları ilə görüşdü və onları “Gürcüstan üçün” partiyasının baxışları ilə tanış etdi. “Gürcüstan üçün” partiyasının ofisləri artıq Tbilisi, Batumi, Kobuleti, Kutaisi, Qori, Zuqdidi, Poti, Martvili, Mtsxeta, Duşeti, Tianeti, Şuaxevi və Xuloda fəaliyyət göstərir.Bölgə təşkilatlarınn açılmasını davam etdirilir”, – məlumatda deyilir.