“Gürcüstan üçün” fraksiyası parlamentdə Maka Boçorisvilinin interpelasiyasını tələb edir
“Gürcüstan üçün” fraksiyası parlamentdə Xarici İşlər Naziri Maka Boçorisvilinin interpelasiyasını tələb edir. Bu barədə bu gün keçirilən büro iclasında parlamentin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, fraksiya tərəfindən hazırlanmış suallar Xarici İşlər Nazirinə bu həftə çərşənbə gününə qədər göndəriləcək.
“Xarici İşlər Naziri ilə ünsiyyətimiz olacaq və interpelasiya imkanı təmin ediləcək”, – deyə Papuaşvili əlavə edib.