Gürcüstanda son 24 saat ərzində koronavirusdan on pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 3 710-u təşkil edir.
Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 170 halı qeydə alındı, 396 pasiyent müalicə olunaraq sağaldı.