Gürcüstan Səhiyyə Nazirliyi ukraynalılara kömək məqsədilə qan vermək istəyənlərin qeydiyyatına başlayır
Səhiyyə Nazirliyi ukraynalılara kömək məqsədilə qan vermək istəyənlərin qeydiyyatına başlayır.
“Marağında olan şəxslərin imkanı var ki, 1505 nömrəli qaynar xəttə zəng etsinlər və ya donor.moh.gov.ge veb-səhifəsində qan vermək lüzumluluğu təqdirində qeydiyyatdan keçsinlər. Qeydiyyatdan keçən şəxslə Səhiyyə Nazirliyinin nümayəndəsi əlaqə saxlayacaq və ölkə miqyası ilə ən yaxın (qeydiyyatdan keçən şəxsin yaşayış yerinə müvafiq olaraq) qan alma məntəqəsinə dəvət edəcək.
Hazırlanan qan məhsulları humanitar yardım şəklində Ukraynaya göndəriləcək”, – Səhiyyə Nazirliyində bəyan edirlər.