Gürcüstan səfirliyi - Yaponiyada zəlzələ və ya tayfun nəticəsində xəsarət alanlar arasında Gürcüstan vətəndaşları yoxdular
Gürcüstan səfirliyi - Yaponiyada zəlzələ və ya tayfun nəticəsində xəsarət alanlar arasında Gürcüstan vətəndaşları yoxdular

Yaponiyada Gürcüstan səfirliyinə zəlzələ və ya tayfun nəticəsində xəsarət alanlar arasında Gürcüstan vətəndaşlarının olması barəsində bu mərhələdə zəng daxil olmayıb.

Birinci Kanala Gürcüstan səfirliyi nümayəndəsi, David Qoqinaşvilinin bəyan etdiyinə görə, səfirlik artıq Hokaido adasında yaşayan gürcülərlə əlaqə saxladı və müəyyənləşdirdi ki, xəsarət alanlar yoxdu.

“Bizim məlumatımıza görə, bu gün Hokaido adasında yaşayan gürcülərlə əlaqə saxladıq və xəsarət alanlar arasında gürcülər yoxdu. Qeydiyyatdan keçən və səfirliyin onlar barəsində məlumatı olan gürcülar arasında həqiqətən xəsarət alan yoxdu. İşıqları sönüb və müəyyənləşdirdik ki, düzəlmsinə ən azı bir həftə lazım gələcək. Səfirliyin nömrəsi işləyir və istənilən zaman zəng qəbul etməyə hazırıq”, – David Qoqinaşvili bəyan etdi.

Tayfunun dağıtdığı Kansay bölgəsinə gəldikdə, xəsarət alanlar arasında burada da Gürcüstan vətəndaşı yoxdu.

Yaponiyada Hokaido adasında 6.7 bal gücündə zəlzələ baş verdi. İki insan həlak olub, 110 xəsarət alıb və 19 insan itkin düşüb.

Bununla yanaşı, Yaponiyanı “Cebi” tayfunu dağıtdı. Fəlakət nəticəsində 10 insan həlak oldu və 300 insan xəsarət aldı.