Gürcüstan səfirliyi İsraildə olan Gürcüstan vətəndaşlarını yerli hakimiyyətin təlimatlarına ciddi şəkildə əməl etməyə çağırır
Gürcüstanın İsraildəki səfirliyi ölkədə mövcud təhlükəsizlik mühitini nəzərə almaqla, fövqəladə rejimdə fəaliyyətini davam etdirir.
Səfirlik tərəfindən yayılmış məlumatda deyildiyi kimi, səfirlik İsrail Dövlətində yaşayan Gürcüstan vətəndaşları ilə daim əlaqə saxlayır, eləcə də müvafiq xidmətlərlə daimi koordinasiyadadır və vəziyyətin mütəmadi olaraq monitorinqini aparır.
“Səfirliyin əməkdaşları Gürcüstanın 200-dən çox vətəndaşına telefonla məsləhət veriblər. Səfirliyin nümayəndələri bir sıra görüşlər keçiriblər, o cümlədən Bat Yam şəhərində yaşayan Gürcüstan vətəndaşları ilə.
Səfirlik Gürcüstan vətəndaşlarını yerli hakimiyyətin təlimatlarına ciddi şəkildə əməl etməyə, həyəcan siqnalı işə düşən kimi sığınacağa keçməyə və təhlükəsizlik protokoluna əməl etməyə çağırır.
Yenilənmiş məlumatı almaq üçün səfirliyin səhifələrini izləyin.
Zərurət halında, Gürcüstanın İsrail Dövlətindəki səfirliyinin nömrələri ilə bizimlə əlaqə saxlayın: +972 526 919092; 24/7 qaynar xətt – +972 3 609 3206″ – məlumatda deyilir.