Gürcüstan Səfirliyi Böyük Britaniyada Gürcüstan vətəndaşlarının diqqətinə bəyanat yayır
Gürcüstan Səfirliyi Böyük Britaniyada Gürcüstan vətəndaşlarının diqqətinə bəyanat yayır.
“Bu gün baş nazir, Boris Conson əhaliyə nitqlə müraciət etdi və koronavirus hallarının sürətlə artmasına görə, 5 yanvardan Britaniyada kovid həyacanı sisteminin beşinci səviyyəsinin qüvvəyə minməsini və ümumxalq karantini elan etdi. Bu isə, qarşıdakıları əhatə edir:
İnsanlar evdə qalmalıdırlar. Hərəkət yalnız lazımi təqdirdə, təhsil, iş yerlərinə getmək və gündə bir dəfə məşq etmək üçün istisnadır;
Müsafir qəbul etmək bölməsi bağlıdır;
Mümkün olduğu yerdə evdən işləmək;
Bütün növ ticarət obyekti, sağlamlaşdırıcı və əyləncəli mərkəzlər bağlıdır;
Maarifləndirmə müəssisələri və məktəblər fevralın ortalarına kimi onlayn rejimdə işləyəcəklər. İstisna şəklindən, məktəblər xüsusi peşəsi (critical workers) olan insanların uşaqları üçün açıq olacaq.
Baş nazir Conson həmçinin qeyd etdi ki, ölkədə Britaniyada təsdiq olunan iki vaksinin (Pfizer bə AstraZeneca-Oxford) edilməsi həyata keçirilir. Fevralın ortalarına qədər tədbiq olunan məhdudiyyətlərin yüngülləşdirilməsi, vaksinasiyanın uğurlu keçirilməsindən və əhali tərəfindən rekomendasiyaların müdafiə olunmasından asılı olacaq”, – Böyük Britaniyada Gürcüstan Səfirliyinin bəyanatında deyilir.