Gürcüstan səfiri Ukrayna prezidentinə etimadnaməsini verdi

14:14, 10.12.2021

9 dekabrda Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, Giorgi Zakaraşvili Ukrayna prezidenti, Vladimir Zelenskiyə etimadnaməsini təqdim edib. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

İdarənin məlumatına görə, etimadnamənin təqdim edilməsi mərasimindən sonra səfirin Ukrayna prezidenti ilə qısa söhbəti oldu, söhbət zamanı tərəflər Gürcüstan-Ukrayna strateji münasibətlərini müzakirə etdilər. Avropa və Avroatlantik inteqrasiya baxımından, o cümlədən assosiasiyalaşdırılmış üçlük formatında birgə səylərin vacibliyi xüusilə qeyd olundu.

Bundan əlavə, Strateji Şuranın ilk iclasının təşkili və gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin bərpasının 30 illiyinin qeyd olunması məsələləri də müzakirə olunub.

Oxşar