Gürcüstan-Rusiya sərhədi yaxınlığında zəlzələ olub.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə 07: 34 -də qeydə alınıb.
Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr aralıda, Dağıstan yaxınlığında baş verib.
Zəlzələ 4.4 bal gücündə olub.