Gürcüstan Prokurorluğu - Yetkinlik yaşına çatmamış övladına təcavüz etməkdə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib
Kutaisi Şəhər Məhkəməsi prokurorluq tərəfindən təqdim olunmuş sübutları tam qəbul edib və yetkinlik yaşına çatmamış övladına təcavüz etməkdə təqsirləndirilən şəxsi təqsirli bilib. Bu haqda məlumatı Gürcüstan Prokurorluğu yayır.
Qurumun məlumatına əsasən, məhkəmə proseslərində tədqiq edilən sübutlarla təsdiqlənib ki, təqsirləndirilən şəxs zorakılıq etməklə və zərərçəkmişin yaşla əlaqədar acizliyindən istifadə edərək sistemli şəkildə yetkinlik yaşına çatmamış övladına təcavüz edib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi 2025-ci ilin avqustun 23-də saxlayıblar. Ona qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima, 137-ci maddənin 3-cü hissəsinin “e” və 4-cü hissənin “q” yarımbəndləri (yetkinlik yaşına çatmamış ailə üzvünə qarşı törədilmiş təcavüz) ilə təqdim olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Kutaisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi təqdim olunmuş ittiham üzrə tam təqsirli bilib və cəzanın növü və ölçüsü olaraq ömürlük azadlıqdan məhrum etmə təyin edib” – prokurorluğun yaydığı məlumatda deyilir.