Gürcüstan Prokurorluğu - Qiqa Avalianinin ailə üzvləri ilə istənilən vaxt görüşməyə hazır olduğumuzu bir daha bəyan edirik
Gürcüstan Prokurorluğu - Qiqa Avalianinin ailə üzvləri ilə istənilən vaxt görüşməyə hazır olduğumuzu bir daha bəyan edirik

 

Gürcüstan Prokurorluğu Qiqa Avalianinin ailəsinin bəyanatına münasibət bildirir və Qiqa Avalianinin ailə üzvləri ilə istənilən vaxt görüşməyə hazır olduğunu bəyan edir – bu haqda Gürcüstan Prokurorluğu tərəfindən yayılmış bəyanatda deyilir.

Bəyanatda qeyd olunub ki, qurum Qiqa Avalianinin ailə üzvlərinə hər bir istintaq hərəkətini və bu hərəkətlər əsasında saxlanılan şəxslərin əməllərinə hüquqi kvalifikasiyanın verilməsinin əsaslarını detallı şəkildə izah etməyə, eləcə də yeni sübutlar və hüquqi əsaslar olması halında, digər şəxslərə qarşı cinayət təqibi başlatmağa hazırdır.

“Yüksək ictimai maraqdan irəli gələrək, bir daha xatırladırıq ki, Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş Bölməsinin icraatında olan cinayət işi üzrə yetkinlik yaşına çatmayan dörd nəfər saxlanılıb və ittiham olunub. Onlardan birinə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 2-ci hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma, ölümlə nəticələndikdə), üçünə qarşı isə ittiham 376-cı maddənin 1-ci hissəsi (ağır cinayətin hazırlandığını və törədildiyini dəqiq bilən şəxs tərəfindən cinayət barədə məlumat verməmə) ilə nəzərdə tutulan cinayəti törətdiyinə görə irəli sürülüb.

Həmçinin, Daxili İşlər Nazirliyində ayrıca icraata ayrılmış cinayət işi üzrə istintaq davam edir” – Gürcüstan Prokurorluğunun bəyanatında deyilir.